Daha bir boksçumuz lisenziya qazandı

Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir.
Çempionatda 91 kq-da mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ¼ finalda Kuba idmançısı Joze Lardyet ilə görüşüb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada idmançımız 24:20 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bununla da Teymur London Yay Olimpiya Oyunlarına lisenziyanı özünə təmin edib.

Xəbər 1374 dəfə oxundu.