Kuarejma keçmiş klubu ilə müqavilə imzaladı
Portuqaliyanın "Porto" klubu ilk transferini gerçəkləşdirib.

Klub keçmiş futbolçusu Rikardo Kuarejmanı yenidən heyətinə qatıb. Son klubu "Əl-Əhli" olan 30 yaşlı yarımmüdafiəçi ilə 1 il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, Kuarejma "İnter", "Beşiktaş", "Çelsi" kimi klublarda da forma geyib.

Xəbər 1171 dəfə oxundu.