Mirça Luçesu: "Heç vaxt Rumıniya yığmasını çalışdırmayacam"
"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku maraqlı açıqlamaları ilə diqqət çəkib.

Rumıniyalı mütəxəssis heç zaman ölkəsinin yığmasını çalışdırmayacağını bildirib:

"Mən heç vaxt Rumıniya yığmasını çalışdırmayacam. Bu qərarım Rumıniya Futbol Federasiyasının (RFF) prezidentinin kimliyindən asılı deyil. Bizim çox istedadlı mütəxəssislərimiz var. Dan Petresku, Kosmin Kontra, Flavius Stoykan, oğlum Razvan və başqaları. Düşünürəm ki, biz gənclərə işləməyə şərait yaratmalıyıq".

Qeyd edək ki, 68 yaşlı mütəxəssis 1981-1986-cı illərdə Rumıniya millisini çalışdırıb.

Xəbər 840 dəfə oxundu.