"Arsenal"dan "Milan"ın futbolçusuna 30 milyon avro
İngiltərənin "Arsenal" klubu növbəti transfer hədəfini açıqlayıb.

Hücum xəttini gücləndirməyi planlaşdıran London təmsilçisi "Milan"ın forvardı Əl Şaaraviyə "elçi" düşüb.

Premyer Liqanın hazırki lideri 21 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəməyə hazırdır. Son zamnalar "Milan"ın əsas heyətindən kənarda qalan futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Əl Şaaravi ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu da yaxından maraqlanır.

Xəbər 778 dəfə oxundu.