Kamal Abdulla növbəti dəfə ABF-in prezidenti seçildi
Bu gün Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirildi. İdman.com.az saytı xəbər verir ki, Slavyan Universitetində baş tutmuş toplantıda federasiya üzvlərinin hesabları dinlənildi.

Maraqlı keçən müzakirələrdə ABF-in fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Sonra seçkilər keçirildi. Təşkilatın prezidenti Kamal Abdullayevə (Abdulla) növbəti dəfə etimad göstərildi.

Baş katib Mirzə Orucov da vəzifəsində qaldı. Nəzarət-Tətiş Komitəsinə Kənan Rzayev sədr seçildi. İcraiyyə Komitəsinin üzvlərinin sayı 15 nəfər oldu.

Badmintonun 1-ci Avropa oyunlarının proqramına daxil olması, bu qurumda hərəkətliliyi sürətləndirib. Qərara alındı ki, Bakı-2015-ə hazırlıqla bağlı plan işlənsin. Gələn ilin mayında paytaxtda sözü gedən növdə Elmi-Metodiki Konfrans da təşkil olunacaq.

Xəbər 2299 dəfə oxundu.