Peleqrini: "Çempionluq mübarizəsi hələ irəlidədir"
"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini dünən "Liverpul"la (1:2) görüşdəki qələbə haqda danışıb.

İspaniyalı mütəxəssis dünənki qalibiyyətin çempionluq yolunda çox vacib qələbə olduğunu bildirib:

"Liverpul" Premyer Liqanın lideri idi. Məğlub olacağımız təqdirdə aramızdakı xal fərqi 4-ə yüksələcəkdi. Lakin dünən çox vacib qələbə qazandıq. Ancaq mübarizə hələ irəlidədir. Bu mövsüm çempionluğa oynayan komandaların sayı daha çoxdur".

Qeyd edək ki, "Mançester Siti" klubu Premyer Liqada 18 turdan sonra 38 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb

Xəbər 837 dəfə oxundu.