"Mançester Siti"nin futbolçusu "Valensiya"nın hədəfində
İspaniyanın "Valensiya" klubu "Mançester Siti"nin hücumçusu Edin Dzekonu transfer etmək istəyir.

Bu barədə xəbəri İspaniyanın "Marca" qəzeti yayıb.

Yaxın günlərdə "yarasalar"ın sahibi olacağı gözlənilən sinqapurlu iş adamı Piter Lim qış transfer pəncərəsində kluba 30-40 milyon avro ayıracağını açıqlayıb. "Valensiya"nın ilk transfer etmək istədiyi futbolçu isə məhz Dzekodur.

Qeyd edək ki, bosniyalı futbolçu ilə İtaliyanın "İnter" klubu da yaxından maraqlanır.

Xəbər 847 dəfə oxundu.