Kloze: "Futbol balıq tutmağa bənzəyir"
"Latsio" klubunun hücumçusu Miroslav Kloze İtaliya mətbuatına verdiyi açıqlamasında maraqlı fikirlər səsləndirib.

Almaniya millisinin üzvü futbolu balıqçılıqla müqayisə edib.

"Atam balıqçıdır. İlk dəfə 14 yaşım olarkən onunla balıq tutmağa getmişdim. O zamanlar ailəm Fransanın cənubunda istirahətdə idilər. Biz dənizə çıxdıq və balıq tutmağa cəhd etdik. Lakin geriyə əliboş qayıtmışdıq.

Balıq tutmağı futbolla müqayisə etmək olarmı? Maraqlı sualdır. Ama məncə, olar. Çünki həm orda, həm də futbolda öz şansını gözləməlisən. Bu da insanı xəstə edir".

Xəbər 816 dəfə oxundu.