Cibril Sisse Fransa klubuna keçir
Məşhur fransız futbolçu Cibril Sisse karyerasını vətənində davam etdirəcək.

Bu barədə Fransa mətbuatı xəbər yayıb.

32 yaşlı təcrübəli hücumçunun artıq "Bastia" klubu ilə razılığa gəldiyi bildirilir. Lakin rəsmi müqavilə futbolçunun hazırkı komandası "Kuban"la yollarını rəsmən ayırdıqdan sonra imzalanacaq.

Qeyd edək ki, Sisse indiyədək Fransanın "Oser" və "Marsel" klublarının da şərəfini qoruyub.

Xəbər 1259 dəfə oxundu.