"Arsenal" yenidən zirvədə, "Liverpul" uduzdu
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Günün ilk oyununda "Mançester Yunayted" "Hall Siti"nin qonağı olub və çətinliklə də olsa qələbə qazanıb - 3:2.

"Arsenal" səfərdə "Vest Hem"lə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Çelsi" öz meydanında "Suonsi"dən üstün olub - 1:0.

Digər bir maraqlı qarşılaşmada isə "Mançester Siti" "Liverpulu qəbul edib. Maraqlı mübarizə şəraitində keçən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 18-ci turdan sonra "Arsenal" yenidən turnir cədvəlinin şəriksiz liderinə çevrilib.

26 dekabr

İngiltərə Premyer Liqası, 18-ci tur

"Hall Siti" - "Mançester Yunayted" - 2:3
Qollar: Şester, 4 (1:0), Meyler, 13 (2:0), Smalinq, 19 (2:1), Runi, 26 (2:2), Şester, 66-avtoqlo (2:3)

"Tottenhem" - "Vest Bromviç" - 1:1
Qollar: Eriksen, 36 (1:0), Olsson, 38 (1:1)

"Norviç" - "Fulhem" - 1:2
Qollar: Hooper, 13 (1:0), Kassami, 33 (1:1), Parker, 87 (1:2)

"Nyukasl" - "Stok Siti" - 5:1
Qollar: Assaidi, 29 (0:1), Remi, 44 (1:1), Qoufran, 48 (2:1), Remi, 56 (3:1), Kabaye, 66 (4:1), Sisse, 80 (5:1)

"Vest Hem" - "Arsenal" - 1:3
Qollar: Kole, 47 (1:3), Volkat, 68 (1:1), 71 (1:2), Podolski, 79 (1:3)

"Everton" - "Sanderlend" - 0:1
Qol: Sunq, 25 (0:1)

"Çelsi" - "Suonsi" - 1:0
Qol: Hazard, 29 (1:0)

"Kardiff" - "Souzhempton" - 0:3
Qollar: Rodrigez, 14 (0:1), 20 (0:2), Lambert, 27 (0:3)

"Aston Villa" - "Kristal Palas" - 0:1
Qol: Geyle,90 (0:1)

"Mançester Siti" - "Liverpul" - 2:1
Qollar: Kautinyo, 24 (0:1), Kompani, 31 (1:1), Neqredo, 45 (2:1)

Xəbər 849 dəfə oxundu.