"Beşiktaş" hücumçusu ilə yolları ayırır
Türkiyənin "Beşiktaş" klubu braziliyalı futbolçusu Dentinyo ilə yollarını rəsmən ayıracaq.

Bu barədə klub rəsmilərindən olan Əhməd Kavalçı məlumat verib.

Onun sözlərinə görə, futbolçu ona bəslənilən ümidləri doğrultmadığı üçün klub bu qərara gəlib:

"Onsuda yanvar ayında Dentinyo ilə müqaviləmiz başa çatacaqdı. Buna görə də indidən onunla yolları ayırmaq qərarına gəldik. Həftəsonu Dentinyo klubdan ayrılacaq".

Qeyd edək ki, 24 yaşlı hücumçu bu ilin yanvarında Ukrayna "Şaxtyor"undan icarəyə götürülmüşdü.

Xəbər 804 dəfə oxundu.