"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı
La Liqada "Valensiya" ilə matçda zədələnən Xabi Alonsonun son durumu bəlli olub.

Qulaq pərdəsində problem yaşayan yarımmüdafiəçi tibbi müayinədən keçib.

Zədəsinin ciddi olduğu məlum olan təcrübəli oyunçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, sözügedən matçda rəqiblə toqquşma nəticəsində futbolda nadir halda rast gəlinən qulaq pərdəsindən zədələnən X.Alonsoya təyyarayə minməyə icazə verilməmişdi. Bu səbəbdən o, Valensiyada qalmışdı.

Xəbər 861 dəfə oxundu.