Aleksandr Corceviç Serbiyaya yeni baş məşqçi təyin olundu
Basketbol üzrə kişilərdən ibarət Serbiya millisinin yeni baş məşqçisinin adı açıqlanıb. Bu postda Aleksandr Corceviç Duşan İvkoviçi əvəzləyib.

Serbiya Basketbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Corceviç vaxtilə milli komandasının aparıcı üzvlərindən biri olub. Onun rəhbərliyi altında serbiyalılar 2014-cü il dünya çempionatı və 2015-ci il Avropa çempionatında iştirak edəcəklər.

Xəbər 1219 dəfə oxundu.