La Liqanın ulduz futbolçuları yenidən "Santyaqo Bernabeu"da
Filippində baş verən tayfun səbəbi ilə küçədə qalan uşaqlara kömək məqsədi ilə La Liqanın ulduz futbolçuları xeyriyyə matçı təşkil edəcək.

İker Kasilyas, Serxio Ramos, Andres İnyesta, Karlos Vela, İniqo Martinez, Xavyer Qerra ilə yanaşı, bir çox məşhur futbolçuların olacağı qarşılaşma dekabrın 10-u Madridin "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu görüşün biletləri bazar günündən satışa çıxardılıb. İlk gündə artıq 15 min bilet satılıb. Bu səbəbdən matça xeyli sayda azarkeş gələcəyi gözlənilir.

Xəbər 896 dəfə oxundu.