“Qəbələ” Tacikistan yığmasının futbolçusunu alır
Tacikistan milli komandasının və Qazaxıstanın “Jetısu” klubunun futbolçusu Davron Erqaşev “Qəbələ”yə keçə bilər.

Bu barədə “Varziş-Sport” agentliyinə universal müdafiəçinin agenti Aleksandr Frank açıqlama verib.

O, hazırda 25 yaşlı oyunçu ilə Azərbaycan klubu arasında danışıqların getdiyini bildirib:

“Erqaşev bu il Qazaxıstan çempionatında uğurla çıxış edib. O, “Jetısu”nun əsas heyətində möhkəmlənə bilib və bir neçə dəfə turun simvolik komandasına düşüb. Hazırda oyunçu ilə “Qəbələ” arasında danışıqlar gedir. “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq niyyətindədir. Onunla “İrtış” da maraqlanır”.

Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin 1983 – 1985-ci illərdə Tacikistanın “Pamir” klubunun baş məşqçisi olub. Syomin 1985-ci ildə Tacikistanın əməkdar məşqçisi sayılıb.

Lent.Az

Xəbər 870 dəfə oxundu.