"Balotelli dünya səviyyəli futbolçu deyil"
"İnter"in keçmiş futbolçusu Luis Suarez "Milan"ın hücumçusu Mario Balotelli haqda sərt fikirlər səsləndirib.

O deyib ki, italiyalı oyunçu dünya səviyyəli futbolçu deyil: "Balotelli A seriyasında "Milan"la matçda komandasına kömək edə bilmədi. O, dünya səviyyəli futbolçu deyil. Ancaq Marionun komanda yoldaşları odriqo Palasio və Freddi Quarin əsl dünya səviyyəli oyunçular kimi çıxış etdi".


Qeyd edək ki, "İnter" - "Milan" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 823 dəfə oxundu.