Canlı əfsanələr yenidən yaşıl meydanda
2014-cü ildə on birinci təşkil olunacaq "Yoxsulluqla mübarizə matçı"nda dünyanın canlı əfsanələri forma geyəcək.

Sözügedən xeyriyyə matçında Ronaldo və Zinəddin Zidanın dəvət etdikləri futbolçulardan komandalar qurulacaq.

Oyun 4 mart 2014-cü ildə İsveçrənin paytaxtı Bernin stadionlarının birində keçiriləcək. Matçın bilet satışlarından əldə olunan gəlir Fillipindən tayfunun ardından zərərçəkən insanlara kömək vasitəsi ilə istifadə olunacaq.


Xəbər 1163 dəfə oxundu.