Raul Meyreleş "Fənərbaxça"dan ayrılır
"Fənərbaxça" klubunun yarımmüdafiəçisi Raul Meyreleş komandadan ayrılmaq istədiyini bildirib.

Komandanın əsas heyətindən kənarda qalan portuqaliyalı futbolçuya artıq təkliflər də var.

Belə ki, İtaliyanın "Napoli", Portuqaliyanın "Porto" və Almaniyanın "Volfsburq" klubları 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Hər üç klubun Meyreleş üçün 6-7 milyon avro təzminat ödəməyə hazır olduqları bildirilir. Futbolçunun hansı qərarı verəcəyinə yanvar ayında aydınlıq gələcək.

Qeyd edək ki, Meyreleş 2012-ci ildə 10 milyon avro müqabilində "Çelsi"dən "Fənərbaxça"ya transfer olunmuşdu.

Xəbər 855 dəfə oxundu.