Rusiyalı futbolçu "Qalatasaray"ın hədəfində
Türkiyənin "Qalatasaray" klubu Rusiyadan futbolçu transfer etməyi planlaşdırır.

İstanbul təmsilçisi "Zenit" klubunun yarımmüdafiəçisi Roman Şirokova "elçi" düşüb.

"Cim Bom" rəhbərliyi gələn ay rusiyalı futbolçuya rəsmi təklif göndərəcək. Rusiya yığmasının futbolçusunun "Qalatasaray"da oynaya biləcəyi istisna olunmur.

Qeyd edək ki, Şirokov 2008-ci ildən "Zenit"in şərəfini qoruyur.

Xəbər 864 dəfə oxundu.