Del Boske "Qızıl top"a namizədini açıqladı
İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske "Qızıl top"a layiq gördüyü futbolçunun adını açıqlayıb.

Təcrübəli mütəxəssis "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberinin bu mükafatı haqq etdiyini bildirib:

"Mən səsimi Xavi və İniyestaya verdim. Üçüncü namizədim isə Riberi idi. Düzünü desəm, Riberi bu il "Qızıl top"u haqq edir. Çünki o "Bavariya" ilə həm Çempionlar Liqasını, həm də Bundesliqanı qazandı. Üstəlik Fransa millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında da Riberinin böyük rolu oldu. Elə bu səbəbdən Riberinin "Qızıl top"u qazanmağa layiq olduğunu düşünürəm".

Xəbər 808 dəfə oxundu.