"Milan" 27 il sonra
İtaliyanın "Milan" klubu son 27 il ərzində ən uğursuz çıxışını məhz bu mövsüm sərgiləyib.

Klub A seriyasında geridə qalan 17 turda cəmi 19 xal toplayıb. Bu nəticə ilə "Milan" hazırda 13-cü pillədədir.

İtaliya təmsilçisi yalnız 1986-ci ildə 20 xaldan aşağı nəticə göstərib. Sonrakı illərdə isə klub ən zəif nəticəsi 9-cu yer olub.

Qeyd edək ki, "Milan" bu mövsüm 4 qalibiyyət, 7 bərabərlik və 6 məğlubiyyət əldə edib. Komanda 25 qol vurub, öz qapısında isə 26 top görüb.

Xəbər 808 dəfə oxundu.