Stolüstü tennis yığmamız Avropa çempionatına yollanır

Oktyabrın 8-dən 16-dək Polşanın Qdansk şəhərində stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.

Yarışda ölkəmizi 6 tennisçi – Bilurə Eminova, Səbinə Əhmədova, Rüfət Quliyeva, Fərhad İsmayılov, Ramil Cəfərov və Rüstəm Əliyev təmsil edəcəklər.

Kişilərdən ibarət komandamız III dvizionun “İ” qrupunda Holandiya, Kipr, San Marino, qadınlarımız isə II divizionun “G” qrupunda İngiltərə, İtaliya, Finlandiya tennisçiləri ilə qarşılaşacaqlar.

Xəbər 1343 dəfə oxundu.