Yeniyetmə güləşçilər ilin son turnirində 1 qızıl və 3 bürünc medal qazanıb
Yeniyetmə güləşçilər arasında Şimali Osetiyanın Vladiqafqaz şəhərində “Rusiyanın Gəncliyi” Açıq Respublika turniri və Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən beynəlxalq turnir başa çatıb. Hər iki turnirdə iştirak edən sərbəst güləşçilər ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanıb.

Məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Vladiqafqazda keçirilən turnirdə Ruslan Aslanov (69 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb və bürünc medala sahib olub.

Digər medalları isə, yığma komandanın üzvləri Mahaçqalada keçirilən beynəlxalq turnirdə əldə edib. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizdən Teymur Məmmədov (63 kq) qızıl, Əliabbas Rzazadə (46 kq), Hacımurad Məhəmmədsəidov (76 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (85 kq) bürünc medal qazanıb.

Xəbər 878 dəfə oxundu.