Kapello Rusiya millisi ilə yeni müqavilə imzalayacaq
Rusiya Futbol Federasiyasının (RFF) ölkənin millisinin baş məşqçisi Fabio Kapello ilə nə zaman müqaviləni yeniləyəcəyi məlum olub.

Ölkənin idman naziri Vitali Mutko "Rusiya 24" telekanalına açıqlamasında italiyalı mütəxəssislə yeni ildən sonra müqavilə imzalanacağını deyib.

O, Kapello ilə sözləşmənin bütün şərtlərində razılığa gəlindiyini deyib.

Qeyd edək ki, Kapello 2012-ci ildən Rusiya yığmasını çalışdırır.

Xəbər 781 dəfə oxundu.