"Qalatasaray" "Milan"ın hücumçusunu istəyir
"Qalatasaray" klubu "Milan"ın futbolçusu Əl Şaaravini transfer etmək istəyir.

Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Bildirilib ki, hətta İstanbul təmsilçisi bir ay əvvəl gənc hücumçu üçün təklif göndərib. Bu mövsüm zədə səbəbindən çox matçda iştirak etməyən oyunçunun isə komandasından ayrılmaq istəmədiyi iddia edilir. İstanbul klubunun futbolçunu icarəyə götürməyi də planlaşdırdığını bildirilir.

Qeyd edək ki, Əl Şaaravi ilə "Arsenal" da maraqlanır.

Xəbər 781 dəfə oxundu.