Halk bu il "Qızıl top"a layiq gördüyü oyunçunun adını açıqladı
"Zenit" klubunun futbolçusu Halk bu il "Qızıl top"a layiq gördüyü oyunçunun adını açıqlayıb.

Braziliyalı futbolçu "Real" (Madrid) klubunun forvardı Kriştiano Ronaldonun bu mükafata ən real namizəd olduğunu bildirib:

"Riberi ötən mövsüm "Bavariya"nın heyətində mümkün olan bütün titulları qazandı. Onun üçün 2013-cü il uğurlu alındı. Ancaq bu, Ronaldonun ən yaxşı olmasına mane ola bilmədi. Ronaldo cari ili yüksək səviyyədə keçirdi və "Qızıl top"a ən real namizəddir".

Qeyd edək ki, "Qızıl top"un qalibinin adına yanvar ayının 13-də aydınlıq gələcək.

Xəbər 775 dəfə oxundu.