Cibril Sisse Türkiyə klubuna keçə bilər
Futbol üzrə Türkiyə birinci divizionunda çıxış edən "Karşıkaya" məşhur fransalı futbolçu Cibril Sissenin transfer etməyə hazırlaşır.

Bu haqda Fransa mətbuatı xəbər yayıb.

Gələn ilin yanvar ayında Rusiyanın "Kuban" klubu ilə yollarını ayıracaq təcrübəli futbolçunun hansı qərarı verəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm "Kuban"ın heyətində 15 oyun keçirib və 5 qol vurub.

Xəbər 1016 dəfə oxundu.