Ronaldo: "Neymar tarixi təkrar yazacaq"
Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldo Luis Nazario "Barselona"da çıxış edən həmyerlisi Neymar haqda müsbət fikirlər səsləndirib.

Braziliya telekanallarından birinə açıqlama verən keçmiş hücumçu bildirib ki, Neymarın kataloniya klubunda tarix yazaraq adını ən yaxşı braziliyalı futbolçular sırasına daxil edəcəyinə inanır:

"Neymar böyük bir ulduz futbolçu olacaq. Məncə, tarixi təkrar yazaraq dünyadakı ən yaxşı braziliyalı futbolçular siyahısında adını qızıl hərflərlə həkk edirəcək. O, doğru yoldadır. həm xarizmatik, həm də nə etməli olduğunu bilən bir insandır".

Xəbər 804 dəfə oxundu.