Vidal: "Yuventus"da 10 nömrə ancaq Del Pyeroya aid olacaq"
"Yuventus" klubunun futbolçusu Artur Vidal maraqlı açıqlamaları ilə diqqət çəkib.

Ölkəsinin mətbuatına danışan çilili futbolçu "Yuventus" rəhbərliyindən 10 nömrəli formanı tələb etmədiyini bildirib:

"Yeni müqavilə imzalayarkən rəhbərlikdən 10 nömrəli formanı tələb etmədim. Çünki bu nömrəni "Yuventus"un canlı əfsanəsi Alessandro Del Pyero geyinib. Hazırda 10 nömrəli forma ilə Karlos Tevez çıxış edir. Ancaq bu nömrə hər zaman Del Pyeroya aid olacaq".

Xəbər 1028 dəfə oxundu.