"Real"ın futbolçusu Premyer Liqa yolunda
"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentraoya İngiltərə Premyer Liqasından təklif gəlib.

İngiltərənin "Tottenhem" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

"Real"ın əsas heyətindən kənarda qalan Koentraonun da bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər razılığa gələcəkləri təqdirdə 25 yaşlı futbolçu yanvar ayından "Tottenhem"in şərəfini qoruyacaq.

Qeyd edək ki, 2011-ci ildən "Real"da çıxış edən Koentrao keçirdiyi 40 oyunda bir qol vurub.

Xəbər 785 dəfə oxundu.