Azərbaycan Güləş Federasiyası "İlin ən yaxşı yarış təşkilatçısı" seçilib
Gənclər və İdman Nazirliyi 2013-cü ildə fərqlənən idman xadimlərinə və federasiyalara mükafatlar təqdim edib.

Azərbaycan Güləş Federasiyası yarışların yüksək səviyyədə təşkil olunmasına görə, "İlin ən yaxşı yarış təşkilatçısı" seçilib.

2013-cü il Dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov "İlin idmançısı" nominasiyasında "Qızıl onluq"da yer alıb.

Yunan-Roma güləşi üzrə məşqçi İsmail Çöpsiyev "İlin ən yaxşı məşqçisi" nominasiyasında mükfatalandırılıb.

Xəbər 804 dəfə oxundu.