Paytaxt çempionları məlum oldu

Kosiki karate-do üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına uyğun olaraq keçirilmiş açıq çempionatda «Neftçi» İSM, AKKF, «Pirallahı» İK, «Azal» İK, «Neftçi-Pirallahı» İK, Mill Aviasiya Akademiyası və Kosiki Karate-do İnkişaf Mərkəzindən 130 idmançı gücünü sınayıb.

Yekun nəticələrə görə oğlanlar arasında R.Quliyev, V.Əliyev, S.İsmayılov birinci yeri tutublar. Kişilər arasında E.Məmmədov, N.Fərzullayev, A.Kərimov, N.Mövsümzadə hamıdan güclü olublar. Qızlarda birinci yeri L.Rəhimova, S.Əhmədova, N.Əliyeva tutublar. Qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsində Ü.Mövsümzadə, Y.Mustafayeva, L.Rəhimova, S.Rüstəmova qərarlaşıblar. Bunkay kumite növü üzrə R.Berzigiyar, N.Mövsümzadə hamıdan üstn olublar. L.Hüseyova isə kata şəxsidə birinci yerə sahib olub.

I, II və III yerləri tutmuş idmançılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1379 dəfə oxundu.