"Tottenhem"in yeni baş məşqçisi məlum oldu
"Tottenhem"in yeni baş məşqçisinin adı məlum olub.

Andre Villaş-Boaşın istefaya göndərilməsinin ardından boş qalmış baş məşqçisi postuna Tim Şervud gətirilib. 44 yaşlı çalışdırıcı ilə 2014/2015 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, rəhbərlik A.Villaş-Boaşla komandanın uğursuz çıxışına görə yolları ayırmışdı.

Xəbər 868 dəfə oxundu.