Joze Mourinyo "Real"ın qapıçısını istəyir
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo yanvar transfer etmək istədiyi qapıçının adını açıqlayıb.

Portuqaliyalı mütəxəssis "Real" (Madrid) klubunun qolkiperi Dieqo Lopezi komandasında görmək istəyir.

J.Mourinyo sabiq qapıçısı ilə yenidən çalışmaq istədiyini açıqlayıb. Lakin Dieqo Lopezin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, "Real"da İker Kasilyası əsas heyətdən kənarlaşdıran Lopez bu mövsüm 18 oyunda çərçivəni qoruyub.

Xəbər 832 dəfə oxundu.