Yakutskdan 1 medal

Oktyabrın 1-də Rusiya Federasiyasının Yakutsk şəhərində start götürən sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb. Turnirdə yığma komandamızın üç üzvü iştirak edib. Təmsilçilərimizdən, yalnız İbrahim Yusubov fəxri kürsüdə yer tuta bilib. 74 kq-da mübarizə aparan güləşçimiz bürünc medal qazanıb.
Qeyd edək ki, güləşçilərimiz məşqçi Elman Əsgərovun rəhbərliyi altında yarışa yollanmışdılar.
Ədalət təmsilçisi kimi isə ölkəmizi Vaqif Zeynalov təmsil edib.

Xəbər 1095 dəfə oxundu.