Berluskoni: "Hər kəsin darıxdığı "Milan" geri dönəcək"
"Milan"ın sahibi Silvio Berluskonu klubunun gələcəyi haqda danışıb.

O deyib ki, "Milan" əvvəlki gücünü qaytaracaq:

"Mən bu klubu almazdan əvvəl "Milan" B seriyasında mübarizə aparırdı. O zaman azarkeşlərə söz vermişdim ki, “Milan” dünyanın ən yaxşı komandalarından biri olacaq. Ancaq o zaman mənim dediklərimə heç kəs inanmamışdı. İndi də mən yeni bir idarə heyəti qurub "Milan"a qayıdacam. Hər kəsin darıxdığı "Milan" geri dönəcək. Çempionlar Liqasında və A seriyasında çempionluqlar bizi gözləyir".

Xəbər 783 dəfə oxundu.