"Oğlumun gələcəyi "Barselona"ya bağlıdır"
"Barselona"nın futbolçusu Lionel Messinin atası Xorxe Messi oğlunun Kataloniya klubundan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

O, bu xəbərləri təkzib edərək Messinin heç yerə getməyəcəyini deyib:

"Oğlumun gələcəyi "Barselona"ya bağlıdır. Heç kimsənin Messinin "Barsa"ya qarşı olan düşüncələrindən şübhəsi olmasın. Onun rəhbərliklə də heç bir problemi yoxdur".

Xəbər 826 dəfə oxundu.