Di Mariya: "Real"dan getmək niyyətim yoxdur"
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariya haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.

"Marca" qəzetinə danışan argentinalı futbolçu Madrid klubundan ayrılmaq niyyətində olmadığını deyib:

"Real"da məni hər şey qane edir. Klub rəhbərliyi ilə heç bir danışığım olmayıb. Dəqiq bilmirəm, amma onu bilirəm ki, kimlərsə mənim komandadan gedəcəyimlə bağlı yanlış xəbərlər yayır. Şəxsən mənim belə niyyətim yoxdur".

Qeyd edək ki, Di Mariya ilə Fransanın "Monako" klubu yaxından maraqlanır.

Xəbər 884 dəfə oxundu.