Yuri Syomin "Rubin"i çalışdıra bilər
"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Rubin" (Kazan) klubunu çalışdıra bilər.

66 yaşlı mütəxəssis Kazan təmsilçisində Kurban Berdıyevin istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə üç namizəddən biridir.

Digər iki namizədin əcnəbi mütəxəssis olduğu bildirilir.

Qeyd edək ki, “Rubin”də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir.

Xəbər 766 dəfə oxundu.