Baş məşqçi təklifi qəbul etmədi
Feyenoordun baş məşqçisi Ronald Kuman Qus Hiddinkin milli komandada köməkçisi olma təklifini rədd edib.

İdman.com.az saytı xəbər verir ki, Hiddink dünya çempionatından sonra Hollandiya yığmasını çalışdıra bilər. Kuman bu səbəbdən də futbol federasiyasını Hiddinki baş məşqçi təyin etməsini özünə satqınlıq sayıb. Belə ki, baş məşqçiliyə əsas namizəd kimi məhz Kumanın özü nəzərdə tutulub.

Qeyd edək ki, Qus Hiddinkin yığmada köməkçiləri Ronald de Bur və Klarens Zedorf ola bilərlər.

Xəbər 805 dəfə oxundu.