Elvin İsayev: “Dünya çempionatında zəif rəqib yoxdur”

Dünya çempionatına isveçli Raduen Kaya üzərində qələbə ilə başlayan Elvin İsayev (60kq) uğurun ardını gətirmək istəyir: “İtaliyada və Rusiyada yaxşı təlim-məşq toplanışları keçmişik. Rusiya komandası dünyada ən güclülərdəndir. Onlarla birgə hazırlaşmaq bizim xeyrimizə olmalıdır.

İsveç idmançısı ilə döyüş asan olmadı. Ümumiyyətlə, dünya çempionatında zəif rəqib yoxdur. 3-cü raundun sonlarında dözümlüyüm yerində idi. Bu da vacib amildir. Əsas məqsədim Olimpiya oyunlarına lisenziya qazanmaqdır”.

İsayevin növbəti mərhələdəki rəqibi Tacikistan boksçusu Madadi Naqzibekov olacaq. Həmyelimiz bu rəqiblə ilk dəfə qarşılaşacağını deyir: “Tacikistan nümayəndəsini tanımıram. Buna bamayaraq, onu məğlub etməyə çalışacam”.

Xəbər 1202 dəfə oxundu.