Blatter: "Ronaldo "Qızıl top"un təqdimetmə mərasiminə gələcək"
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldonun "Qızık top" mükafatını təqdimetm mərasiminə qatılıb-qatılmayacağı dəqiqləşib.

FİFA-nın prezidenti Zepp Blatter portuqaliyalı hücumçunun bu mərasimdə iştirak edəcəyini deyib.

Xatırladaq ki, dünyanın ali futbolu qurumunun prezindentinin Ronaldo haqda bəzi xoşagəlməz ifadələr səsləndirməsinin ardından Ronaldo bu tədbirə qatılmayacağını demişdi. Sonra isə o, mərasimə gəlmək ehtimallarının olduğunu da bildirmişdi.

Xəbər 856 dəfə oxundu.