"Rəvan" son məşqinə çıxdı
Topaz Premyer Liqanın 18-ci turunda "Simurq"u qəbul edəcək "Rəvan" oyunöncəsi son məşqinə çıxıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, hazırlığa həftənin əvvəlindən başlayan komanda "Bayıl Arena”dakı çalışmalarda taktiki-texniki hazırlığa daha çox üstünlük verib.

Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular ümumi qrupda qaçdıqdan, isinmə hərəkətlərini yerinə yetirdikdən sonra yüngül məşqlə kifayətlənib.

Qeyd edək ki, "Rəvan” – "Simurq” oyunu sabah saat 16:00-da başlayacaq və görüş "Bayıl Arena”da keçiriləcək.

Xəbər 785 dəfə oxundu.