Maradona: "Argentina millisi dünya çempionu olacaq"
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Argentina millisinin Braziliyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

Maradona Argentina yığmasının dünya çempionu ola biləcəyinə inandığını bildirib:

"Bizim üçün əsas rəqiblər İtaliya, Hollandiya və Almaniyadır. Amma Braziliya yığması daha təhlükəlidir. Bununla belə, Argentina millisinin dünya çempionu olacağına inanıram. Hərçənd bu elə də asan görünmür".

Qeyd edək ki, Argentina yığması F qrupunda Bosniya və Herseqovina, İran və Nigeriya milliləri ilə mübarizə aparacaq.

Xəbər 824 dəfə oxundu.