"Tottenhem"dən "Fənərbaxça"nın hücumçusuna 20 milyon avro
"Fənərbaxça" klubunun hücumçusu Musa Souya təkliflər gəlməkdə davam edir.

"Nyukasl" və "Liverpul"un ardından "Tottenhem" klubu da seneqallı futbolçuya "elçi" düşüb.

London təmsilçisi Sounun transferinə 20 milyon xərcləməyə hazır olduğunu açıqlayıb. Daha öncə "Nyukasl" və "Liverpul"un 15 milyon avroluq təklifini rədd edən "Fənərbaxça"nın son məbləğlə razılaşdığı bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Sou yanvar ayından İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə "Lill"dən "Fənərbaxça"ya transfer olunmuşdu.

Xəbər 763 dəfə oxundu.