Ronaldinyo baş məşqçisiz qaldı
Braziliyanın "Atletiko Mineyro" klubunun baş məşqçisi Kuka istefaya göndərilib.

Bu, komandanın klublararası dünya çempionatında "Raya Kasablanka"ya məğlubiyyətdən (1:3) sonra baş verib.

Belə ki, dünya çempionatının yarımfinal matçında məğlubiyyəti həmz edə bilməyən "Atletiko Mineyro" klubunun rəhbərliyi baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Üçüncü yer uğrunda Çinin "Quançjou" ilə keçiriləcək görüşə komandanı kimin çıxaracağı hələlik məlum deyil.

Xəbər 846 dəfə oxundu.