“Bakı” klubu qalib oldu
Madriddə təlim-məşq toplanışında olan “Bakı” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası üçüncü yoxlama oyununu keçirmişdir.

“Atletiko”nun U-14 komandası ilə qarşılaşan futbolçularımız 3:0 hesablı qələbə qazanmışlar. Komandamızın qollarını Şakir Seyidov (2 qol) və Mirnahid Qurbanov vurmuşlar.

Hazırlıq prosesində komandamıza rəhbərlik edən Yüksək Kepoğlu “Atletiko”nun rəsmisi Emilio Qutierrezlə görüşmüşdür. Qarşılıqlı fikir mübadiləsi zamanı müxtəlif yaş qrupları üzrə komandalarımızın Madridə səfər qrafiki və beş futbolçumuzun hazırlıq prosesi müzakirə olunmuşdur.
Sonra U-14 komandamızın üzvləri və Madriddə uzunmüddətli təlim keçən 5 futbolçumuz “Atletiko”nun əsas heyətinin üzvləri ilə görüşmüşlər. Futbolçular “Bakı”nın üzvlərinə avtoqraf verərək, şəkil çəkdirmişlər.

“Atletiko”nun türkiyəli futbolçusu Arda Turan həmişə olduğu kimi diqqət mərkəzində olmuşdur. A.Turan komandamızın üzvləri ilə söhbətləşərək, onlara gələcək karyeralarında uğurlar arzulamışdır.
Sonra futbolçularımıza üzərində adları yazılan “Atletiko” formaları hədiyyə olunmuşdur.

Xəbər 1004 dəfə oxundu.