Qus Hiddinki milli komandaya baş məşqçi təyin edildi
Hollandiya Futbol Federasiyası Qus Hiddinki milli komandaya baş məşqçi təyin edib. 67 yaşlı mütəxəssis 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında yığmaya rəhbərlik etməyə razılıq verib. Bundan sora 2012-ci ildən Lui van Qaalın çalışdıdığı komandaya Hiddinki rəhbərlik edəcək.

Qeyd edək ki, Hiddinki 1994-1998-ci illərdə Hollandiya millisində baş məşqçi işləyib. Bundan əlavə təcrübəli mütəxəssis “Real” (Madrid), “Çelsi”, “Fənərbaxça”, PSJ kimi klublarda çalışıb. Onun son iş yeri isə Rusiya təmsilçisi “Anji” olub.

Xəbər 768 dəfə oxundu.