Finalçılar müəyyənləşdi
Mərakeşdə keçirilən klublararası dünya çempionatında finalçılar müəyyənləşib.

İkinci yarımfinal matçında yerli “Raca Kasablanka” komandası Braziliyanın “Atletiko Mineyro” klubu ilə qarşılaşıb. Görüş birincilərin gözlənilməz qələbəsi ilə başa çatıb - 3:1. Bununla da turnirin növbəti finalçısının da adı məlum olub.

Qeyd edək ki, dekabrın 21-də keçiriləcək həlledici görüşdə “Raca Kasablanka” yarımfinalda Çinin “Quançjou” komandasını məğlub edən "Bavariya" ilə qarşılaşacaq.

Xəbər 837 dəfə oxundu.