“Neftçi” Julius Vobayı heyətinə cəlb edə bilər
Bakının “Neftçi” komandası icarə əsasında digər klublarda oynayan futbolçularını geri qaytarmaq fikrindədir.

Yanvarın əvvəlində “Sumqayıt”da icarə əsasında çıxış edən Slavik Alxazov, Elşən Abdullayev, Ruslan Qurbanov və Kərim Diniyev komandaya dönəcəklər.

“Neftçi” həmçinin, Julius Vobayı Birləşmiş Ərəb Əmirliklərinin “Al-Şaab” komandasından öz heyətinə qaytarmaq fikrindədir.

Xəbər 805 dəfə oxundu.